Lənkəranda külli miqdarda mənimsəmədə təqsirləndirilən “OBA Market”in administratoru vəzifəsində işləmiş Şahbuz Novruzovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Eləcə də bax: Mərkəzi Bank “Sədərəy”i - CƏRİMƏLƏDİ
FED.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materilları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İslam Neymanovun icraatına verilib.
Qeyd edək ki, marketlər şəbəkəsinin “Lənkəran 3” filialında 2017-2018-ci illərdə administratoru işləmiş 1989-cu il təvəllüdlü Novruzov Şahbuz Nizami oğlunun həmin müddətdə 51 min 845 manat 2 qəpik dəyərində malları mənimsəməsi üzə çıxıb.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi açılıb. (Apa)