Azərbaycanda qida məhsulları istehsalçısı “Səba” Açıq Səhmdar Cəmiyyəti şirkəti barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib.
Eləcə də bax: Avtomobil şirkəti “Xaliq Faiqoğlu”nu - MƏHKƏMƏYƏ VERİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi “Səba” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 31 avqust 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə göndərilib.
İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Şirkət 1997-ci ildən fəaliyyət göstərir və 4.79 mln manat nizamnamə kapitalına sahibdir. Kapitalının 14-ü fiziki və 2-si isə hüquqi şəxslərdir. Burada, Hidayət Quliyevin 37.31%, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin 25% və “Baku İnvestment Company”nin 37.31% payı vardır.
“Səba”nın Müşahidə Şurasına isə “Bank Respublika” ASC-nin əsas səhmdarı olan Natiq Quliyev sədrlik edir.
Aqrar şirkətin kurasiyasına “Biləsuvar Aqro” MMC, “Qarabağ Taxıl” MMC və “Qarabağ Toxum” MMC də daxildir.