Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sabiq sədr müavini Ukraynada yeni vəzifəyə təyin edilib.
Eləcə də bax: Azərbaycanlı Ukraynada nazir müavini - TƏYİN EDİLİB - FOTO
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Tamerlan Vahabov, KOBİA-nın sabiq sədr müavini Ukrayna daxili işlər nazirinə müşavir təyin edilib. Beləliklə, dövlət işini Ukraynanın Daxili İşlər Nazirliyində davam etdirəcək.
T.Vahabov İqtisadiyyat Nazirliyinin strukturunda olan KOBİA-da 2020-ci ilin fevralında sədr müavini kimi təyin edilmiş, bir ay sonra isə nazirliyin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurası üzvi seçilmişdi. 2021-ci ilin iyununda isə bu hər iki vəzifədən istefa vermişdi.
Tamerlan Vahabov 1998-2002-ci illərdə hüquq-bakalavr pilləsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (Polis) Akademiyasında alıb. Sonradan isə Kaliforniya ştatındakı Dəniz Aspiarntura Məktəbində müdafiə analitikası üzrə təhsil almışdır.