Ukraynada azərbaycanlı energetika naziri müavini təyin olunub.
Eləcə də bax: Maliyyə Nazirliyində - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu posta Fərid Kamil oğlu Səfərov gətirilib.
O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində Nəqliyyat və poçt xidmətləri üzrə rəqəmsal infrastruktur departamentinin baş direktoru işləyib.
Qeyd edək ki, F.Səfərov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, 1991-ci il sentyabrın 20-də Kiyevdə anadan olub. 2014-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb. 2015-ci ildə Vadim Hetman adına Kiyev Milli İqtisad Universitetində "Beynəlxalq biznes ixtisasına yiyələnib.