Həbsdə olan İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin İcra Hakimiyyətinin hüquqşünası və rayonun baş memarı vasitəsilə mənimsədiyi pulların miqdarı bəlli olub.
Eləcə də bax: “İşimiz rüşvət üzərində qurulmuşdu”
FED.az biznes və maliyyə xəbərləri portalı Kriminalqafqaz”a istinadən xəbər verir ki, İH-in vəzifəli şəxslərinin ibtidai istintaqa verdiyi ifadələr elan olunub. Onlar əsasən sabiq başçının göstərişi ilə rayon ərazisində tikinti aparmaq, ev növbəsində qabağa düşmək, torpağın təyinatını dəyişmək, böyük torpaq sahələrini icarəyə götürmək istəyən şəxslərdən başçının təyin etdiyi miqdarda pullar aldıqlarını etiraf ediblər.
Qurumun Hüquq şöbəsinin müdiri Rahib Zahidov V.Hacıyevin təkidi ilə 22 epizod üzrə müxtəlif vətəndaşlardan ümimlikdə 340 min manat rüşvət aldığını deyib.
Rayonun baş memarı Nazim Rəsulov isə sabiq başçının göstərişi ilə sahibkarlar və digər şəxslərdən 17 epizod üzrə ümumilikdə 36 min manata yaxın manat pul aldığını deyib. Bundan başqa baş memar bildirib ki, İH-in yeni inzibati binasının tikintisi üçün ayrılmış 4 milyon manat pul da təyinatı üzrə istifadə olunmayıb.
Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən İmişli İcra Hakimiyyətini binasında keçirilən əməliyyatla həbs edilib.