Hüquq

İki rayona xanım prokurorlar təyin edilib - AZƏRBAYCANDA İLK

İki rayona xanım prokurorlar təyin edilib - AZƏRBAYCANDA İLK | FED.az
15:35 19 İyun 2020

Müstəqil Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq xanım prokurorluq əməkdaşları vəzifədə irəli çəkilərək müstəqil rayon prokuroru vəzifələrinə təyinatlar alıb.

Eləcə də bax: Daha iki rayona prokuror - TƏYİN EDİLDİ

FED.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səadət Rüstəmova tutduğu vəzifədən azad edilərək Qobustan rayon prokuroru, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror – metodisti Lalə Hüseynova isə tutduğu vəzifədən azad edilərək Zəngilan rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Digər xəbərlər