Banner

Dövlət

Daha iki rayona prokuror - TƏYİN EDİLDİ

Daha iki rayona prokuror - TƏYİN EDİLDİ | FED.az
10:59 19 İyun 2020

Prokurorluq orqanlarında yeni kadr təyinatları olub.

FED.az “report”a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş prokurorun digər əmri ilə Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon prokuroru vəzifəsinə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a fakt təsdiqlənib.

Digər xəbərlər

Banner