“Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”.
Ali Məhkəmənin sədri: “İslahatlar davam etdiriləcək”
FED.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov "Femida Dialoq Platforması sahibkarlarla görüş" adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məhz bu düşünülmüş siyasət nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradılıb: "Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub. Bu siyasət sonrakı illərdə ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Məhz ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində iqtisadiyyatın inkişafı üzrə uzunmüddətli strategiya və dövlət proqramları qəbul olub".
Ali Məhkəmənin sədri qeyd edib ki, dayanıqlı iqtisadi sistemin formalaşmasında və dinamik inkişaf əldə etməsində mühüm rola malik olan sahibkarlıq fəaliyyəti təkcə iqtisadi tərəqqiyə təkan verən faktor kimi çıxış etmir: "Bazar iqtisadiyyatında dayanıqlı inkişaf üçün davamlı investisiya yatırımları tələb olunur. Sahibkarlar isə siyasi stabil və sərmayələrinin yüksək səviyyədə qorunduğu ölkələrə yatırımlar edirlər. İnvestisiyanın qorunmasında isə ölkədə müstəqil və ədalətli məhkəmə sistemi tələb olunur". (Report)
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/