Azərbaycanın iri sement istehsalçısı “Holcim (Azərbaycan)” ASC tikinti şirkətinə qarşı iddia qaldırıb.
Eləcə də bax: “Holcim Azərbaycan" şirkəti xalis mənfəətini bölüşdürəcək - DİVİDEND ÖDƏNİLƏCƏK
FED.az Banker.az-a istinadən xəbər verir ki, sement istehsalçısı “Bakinşaat Group” MMC barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
İşin mahiyyətində isə qeyd edilir ki, mübahisə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə – alqı-satqı müqaviləsi üzrədir.
“Bakinşaat Group” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə keçmiş Bakı Baş Tikinti İdarəsinin mütəxəssislərinin bazasında təsis edilmiş və fəaliyyətə başlayıb. Bakinşaat Group-un əsas fəaliyyət istiqamətləri tikinti-quraşdırma, təmir, lahiyələndirmə və tikinti materiallarının istehsalıdır