Azərbaycanda təhsil və tədris müəssisələri üçün yeni cərimə tətbiq ediləcək.
Eləcə də bax: Fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair - QAYDALAR MÜƏYYƏNLƏŞİB
FED.az xəbər verir ki, bu barədə İnzibati Xəytalar Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur.
Məcəlləyə yeni 192.12-ci maddə əlavə edilir. Maddədə deyilir ki, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə - vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik Milli Məclisin 6 oktyabr tarixli iclasındav 3-cü oxunuşda təsdiqlənməlidir.