Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə FED.-az-a DİN Mətbuat xidmətindən bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədirlərlə rayon ərazisindəki mağazaların birində yerləşən ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri, Elxan Hacıyev Ziyad Namazov saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin mağazadakı ödəmə terminalını sındıraraq 9161 manat oğurladıqları məlum olub.