Martın 17-də Masallı rayonu ərazisində bir nəfərin bank kartından 1200 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə FED.az-a DİN Mətbuat xidmətindən bildirilib.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən*, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Namiq Qasımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.