Generalların həbsi və sədr Səfər Mehdiyevin işdən uzaqlaşdırılmasına baxmayaraq, Dövlət Gömrük Komitəsində yoxlamalar davam etdirilir.
Eləcə də bax: DTX Gömrük Komitəsindəki əməliyyatla bağlı - AÇIQLAMA YAYDI
FED.az xəbər verir ki, sözügedən audit yoxlaması Dövlət Gömrük Komitəsində aparılan ilk əməliyyatdan sonra başlayıb.
Eləcə də bax: Səfər Mehdiyev vəzifədən - AZAD EDİLİB
Məlumata görə, indiyə qədər aparılan yoxlamalar nəticəsində Komitədə ciddi qanun pozuntuları aşkarlanıb. Yoxlama bitdikdən sonra Baş Prokurorluqda müvafiq cinayət içinin açılacağı gözlənilir. Bu cinayət işi çərçivəsində yeni həbslərin olacağı da bildirilir.
Yoxlamalarla bağlı Hesablama Palatasından DGK-da audit yoxlaması aparıldığını təsdiqləyiblər:
“Hazırda araşdırmalar davam edir. Nəticələr tam bəlli olduqdan sonra ictimaiyyətə məlumat veriləcək”. (Bakupost.az)