Dövlət Gömrük Komitəsi “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialını cərimələyib.
Eləcə də bax: Gömrük Komitəsi Sumqayıt Kimya Sənaye Parkının rezidentini yenidən - CƏRİMƏLƏYİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Şirkət barəsində tərtib olunan cərimə protokolu baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. Məhkəmə işi hakim Günel Səmədovanın icraatına verilib.
Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Məlumat üçün bildirək ki, Cengiz Holdinqin törəmə şirkəti olan Cengiz İnşaat Sanayi ve Ticaret A.Ş. 1987-ci ildə İstanbulda yaradılmış, Türkiyənin aparıcı inşaat şirkətlərindən biridir. Türkiyənin ən böyük və ən prestijli layihələrindən biri olan İstanbul Yeni Hava Limanının Tikint-İşlət-Dövlət Layihəsinin inşası və 25 illik istismar hüquqları 2013-cü ilin may ayında Cengiz İnşaatın rəhbərliyi ilə yaradılmış Birgə Müəssisə Qrupu tərəfindən alınıb.