“Azersun Holding”in diskount mağazalar şəbəkəsi cərimələnir. Dövlət Gömrük Komitəsi “AL Market” MMC barəsində cərimə protokolu tərtib edərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərib.
Eləcə də bax: Vergi Xidmətindən video yayan sahibkarla bağlı – AÇIQLAMA
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkət barəsində 13 iyul 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilib.
İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, “AL Market” MMC 2018-ci ildə yaradılıb və 10 928 621 manat nizamnamə kapitalına sahibdir.