"Elektron məhkəmə" informasiya sistemi bütün məhkəmələri əhatə edəcək.
Azərbaycanın ədliyyə işçiləri və hakimləri Türkiyəyə 505 min manat - DƏSTƏK GÖSTƏRİB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov "Xalq" qəzetində dərc edilmiş məqaləsində bildirib.
“Məhkəmə hakimiyyətinin müstəqilliyinin əlavə təminatları yaradılmış, onun fəaliyyətinə müdaxilələrin Məhkəmə-Hüquq Şurası tərəfindən qarşısının alınması mexanizmləri müəyyən edilib, məhkəmə büdcələri təsdiq olunarkən Şura ilə razılaşdırılması, habelə hakimlərin əmək haqqının azaldılmasının qanunla qadağan olunması təsbit edilib, digər tədbirlər görülüb.
Həmçinin vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə məhkəmə sistemi təkmilləşdirilmiş və 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri, inzibati ədliyyə institutu yaradılıb. Mövcud məhkəmə infrastrukturu Dünya Bankının iştirakı ilə müasirləşdirilərək paytaxtda və bölgələrdə 35 məhkəmə üçün yüksək texnoloji – “hi-tech” bina və komplekslər inşa olunaraq istifadəyə verilib”, - nazir qeyd edib.
“Bu məhkəmələrin əksəriyyətinin ölkə Prezidenti tərəfindən açılışının şəxsən həyata keçirməsi məhkəmə hakimiyyətinə dövlətimizin verdiyi müstəsna dəyərin bariz təzahürüdür. Eyni zamanda məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə məhkəmə fəaliyyəti elektronlaşdırılmış, insanların məhkəməyə müraciət etdiyi andan məhkəmə qərarının icrasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə" informasiya sistemi yaradılmışdır. Artıq məhkəmələrin 80 %-ə qədərində tətbiq edilən bu sistemin yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə etməsi nəzərdə tutulur”, - Fikrət Məmmədov vurğulayıb.