Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirova 11,5 il müddətinə həbs cəzası verilib.
Ermənistan əsir hərbçilərimiz haqda - HƏBS QƏRARI ÇIXARDI
FED.azxəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Aqşin Bəbirov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurdu.
Əsirlikdə olan digər hərbçimiz Hüseyn Axundovla bağlı istintaq tədbirləri davam edir.
Qeyd edək ki, bu ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. (Apa)