“İcra işlərinin böyük əksəriyyəti, təxminən 50 faizə qədəri kredit borclarına dair məsələləri əhatə edir”.
Eləcə də bax: Azərbaycanda problemli kreditlər - Azalıb
FED.az xəbər verir ki, bunu Məhkəmə qərarlarının icrası işinin təşkilinə həsr olunan ictimai müzakirədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin Kredit borcları şöbəsinin rəis əvəzi Emin Veysov bildirib.
Onun sözlərinə görə, icra məmurları icra qanununa uyğun olaraq həmin işlərin təmin olunması, həyata keçirilməsi işi ilə məşğul olur: “Bu məsələdə səmərəliliyin artırılması, operativliyin təmin olunması işləri ilə məşğuluq. Bəzi işlər var ki, onların həlli istiqamətində tədbirlər planı hazırlanır. Dövlət başçısının fərmanına uyğun olaraq problemli kreditlərin restrukturizasiyası ilə bağlı görülən işlərə gəldikdə isə, təxminən 100 minə yaxın işə xitam verilib və bu proses davam edir”. (Apa)