İki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələr hər vəchlə maneçilik törətməyə çalışır.
Eləcə də bax: Hindistan Ermənistana 244 milyon dollarlıq - SİLAH-SURSAT GÖNDƏRƏCƏK
FED.az xəbər verir ki, bunu DTX rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib.
DTX rəisinin birinci müavini qeyd edib ki, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyil etməsi narahatlıq doğuran məqamlardır.
Həmçinin vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir. (Apa)