Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir.
FED.az “Qafqazinfo”ya istonadən xəbər verir ki, əməliyyat zamanı artıq bir neçə nəfər saxlanılıb. Hazırda binada axtarışlar aparılır. Əməliyyatın korrupsiya hüquqpozmaları ilə bağlı keçirildiyi bildirilir.
Qeyd edək ki, Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəylidir. O, AMEA-nın prezidenti İsa Həbibbəylinin oğludur. Komitənin sədr müavini Səbuhi Novruzov isə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun yeznəsidir.
Xatırladaq ki, bir müddət öncə Naxçıvan DTX ləğv edilərək Respublika DTX-yə birləşdirilib. Bundan başqa Naxçıvan DGK və DİN-in də eyni qaydada ləğv edilərək mərkəzi qaydada idarə olunacağına dair iddialar var.
Fotoda: Səhhət Həbibbəyli