Məşhur azərbaycanlı milyarder Fərhad Əhmədovdan ölkəni tərk etməmək barədə yazılı öhdəlik alınıb.
Milyarder iş adamı Fərhad Əhmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılması ilə bağlı yeni faktlar ortaya çıxıb.
FED.az biznes xəbərləri portalı Demokrat.az-a istinadən xəbər verir ki, saxlanılan Fərhad Əhmədovun istintaq idarəsində ifadəsi alınıb.
İş adamı təqribən 10 saata yaxın istintaqda dindirilib. Daha sonra isə milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik alınıb.
Hazırda iş adamının barəsində istintaq davam edir.
***
Tanınmış iş adamı Fərhad Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün öncə iş adamının Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb.
Axtarışlar zamanı milyarder Fərhad Əhmədov Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.
Hadisə ilə bağlı hələlik heç bir rəsmi açııqlama verilməyib.
Xatırladaq ki, Fərhad Əhmədovun Azərbaycandakı əsas sərvəti Göyçaydakı “Aznar” meyvə şirəsi zavodudur. İş adamı 2022-ci il üçün "Forbes"də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.
Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan rusiyalı zənginlərin siyahısında yer alır.