"Az Svay İnşaat" MMC inzibati qaydada cərimələnib.
Eləcə də bax: Obyekt sahibi 5 000 manat - Cərimələndi
FED.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yazdığı protokola əsasən, şirkətin cərimələnməsi barədə qərar çıxarıb.
"Az Svay İnşaat" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər 20 000 manatdan 25 000 min manatadək məbləğdə cərimə edilir.
Qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
"Az Svay İnşaat" MMC svay, beton, bərkitmə, qazma işlərini həyata keçirən şirkətdir.