Banner
Banner

Ekologiya

Obyekt sahibi 5 000 manat - Cərimələndi

Obyekt sahibi 5 000 manat - Cərimələndi | FED.az
16:01 13 Yan 2021

Bakı şəhəri, Atatürk prospektində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsinin “Eko-Radar” bölməsinə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Eləcə də bax:"Rifah Plaza” tikinti şirkəti - Cərimələndi

FED.az xəbər verir ki, xidmətin rəsmisi Bəhruz Məhəmmədov  bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı Atatürk prospekti, 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığı məlum olub.

O qeyd edib ki, ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5 000 manat məbləğində cərimə edilib. (Report)

Digər xəbərlər