“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov barələrində olan hökmdən apelyasiya şikayəti veriblər.
FED.az xəbər verir ki, bu barədə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məlumat verib. O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən şikayətə yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.
Eləcə də bax: Şahid: Cahangir Hacıyev Qazaxıstanda neft yatağı alıb
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası ilə toplanmaqla 16 il 6 ay, Dünyamin XəIilov əvvəlki cəzası ilə toplanmaqla 14 il 6 ay azadlıqdan məhrum edilib.
APA