Azərbaycanda mədən sənayesi üzrə fəaliyyət göstərən Vircin adalarının “Caspian Wireline services LTD” şirkəti barəsində protokol tərtib edilib.
"Zaloğlu İnşaat” 20 min manat - CƏRİMƏ EDİLDİ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə cərimə protokolu tərtib olunaraq Səbail Rayon Məhkəməsonə göndərilib. Məhkəmənin baxış iclası aprelin 17-nə təyin edilib.
İnzibati protokol Azərbaycana həmin şirkət tərəfindən gətirilmiş avadanlığa görə tərtib edilib. Belə ki, 499.2-ci maddəyə əsasən ölkədən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir.
Və yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycanın hüdudlarından kənara inzibati qaydada çıxarılır.