Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
“Baksel Tele Satış Mərkəzi” MMC-nin direktoru Səyyad İbrahimli 20 min manat - CƏRİMƏLƏNDİ
Baş Prokurorluqdan FED.az-a verilən məlumata görə, “Zaloğlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qəbələ rayon ərazisində işçinin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Qəbələ rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan Cəmiyyətin direktoru Tural Zalovun əmək müqaviləsi bağlamadan Qəbələ rayon sakini Qafqaz Alcanovu müxtəlif tikinti işlərinin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.