"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2024-cü ilin 11 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 200 min manatdan çox sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib".
FED.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin olunub:
“Ödənilən vəsaitin 172 min manatdan çoxu əməkhaqları, qalan hissəsi zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub”.
“Bundan əlavə, cari ilin yanvar-noyabr aylarında 57 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib”, - deyə məlumatda bildirilib (Apa).