Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin anbarından 32.800 manat dəyərində əlvan metalların qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Xətaidə yarımstansiyaların birindən 74 min manatlıq avadanlıq oğurlanıb
DİN-dən FED.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qubadlı rayon sakini Arzuman Əhmədov, Şəki rayon sakini Hilal Əhmədov, Bakı şəhər sakinləri Elvin Əsgərov və Rövşən İbrahimov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.