Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73 800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub.
FED.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.