Azərbaycanda iki tanınmış şirkət arasında məhkəmə çəkişməsi başlayır.
Eləcə də bax: ADIF keçmiş deputatın şirkətini - Məhkəməyə Verib
FED.az xəbər verir ki, "Bazarstore" MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "Akkord Mərmər Qranit" MMC şirkətinə qarşı mülki iddia qaldırıb.
İddiaya hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq.
İki şirkət arasında yaranmış məhkəmə mübahisəsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, “Bazarstore” Azərsun Holdinqin 2011-ci ildə fəaliyyətə başlatdığı supermarket şəbəkəsidir.
“Akkord Mərmər Qranit” MMC “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasına aid şirkətdir. (Report)