Azərbaycan Mərkəzi Bankının lisenziyasını ləğv etdiyi "Bank of Azerbaijan" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Bakı-XXI əsr" MMC-ni məhkəməyə verib.
Eləcə də bax: Azərbaycanda keçmiş deputatın şirkəti fəaliyyətini dayandırır
FED.az xəbər verir ki, iddiaya səbəb kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə mübahisələrdir.
İlkin instansiya məhkəməsindən keçmiş işə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Məhkəmənin baxış iclası oktyabrın 1-i, saat 11:50-yə təyin olunub. Hakim Vüsalə Baxışovadır.
Xatırladaq ki, "Bakı-XXI əsr" Milli Məclisin II çağırış deputatı (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) Elton Məmmədovun şirkəti kimi tanınır. Kommersiya qurumu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. 2017-ci ildə isə avtovağzal Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçib.
"Bank of Azerbaijan" isə Z.Məmmədovın bankı kimi tanınır. O, vaxtilə nazirin oğlu Anar Məmmədova məxsus holdinqə daxil olub. (Renkinq)