“Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov növbəti dəfə məhkəməyə verilib.
Eləcə də bax: London məhkəməsi 10 milyon funtu Feyziyevlər ailəsinə qaytarıb - MƏHKƏMƏ QƏRARI
FED.az biznes və maliyyə xəbərləri portalı Unikal.org-a istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı ASC” tərəfindən müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – kredit müqaviləsi üzrə mübahisələrlə bağlı tanınmış iş adamına qarşı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb.
“Şərurlu İsfəndiyar”la birlikdə E.Eyvazov və “Stil Tikinti” MTK da məhkəmə prosesində cavabdeh qismində çıxış edəcək.
İşə hakim Fərid Hətəmzadənin sədrliyi ilə baxılacaq.