Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Əfqan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
FED.az xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.İsgəndərov 10 il azadlıqdan məhrum edilib.
Biləcəridə şirkətin anbarından 32 min manatlıq - OĞURLUQ EDİLİB
İttihama görə, 2022-ci ilin mayın 18-i gecə saatlarında Bakının Xətai rayonu ərazisində marketə silahlı basqın olub.
Belə ki, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən “OBA” marketə daxil olan naməlum şəxs bıçaqla satıcı qadına hücum edib. Satıcı G.Məmmədovanı hədələyən şəxs kassadan 700 manat götürərək uzaqlaşıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Quldurluq əməlində şübhəli bilinən 2000-ci il təvəllüdlü Əfqan İsgəndərov tutularaq istintaqa təhvil verilib.
Onun barəsində Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və silah və ya silah qismində əşya tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. (Trend)