Bakıda moped sürücüsünü döyən şəxs həbs olunub
FED.az xəbər verir ki, Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə Sultan Dadaşov barəsində 25 sutka inzibati qaydada həbs qərarı verilib.
Xatırladaq ki, sözügedən hadisə ilə bağlı ötən gün sosial şəbəkədə görüntülər yayılıb.
“Lexus” markalı minik avtomobili ona yol verməyən moped sürücüsünü əvvəlcə avtobillə sıxaraq xəsarət yetirib.
Eləcə də bax: Mərkəzi Bank “Sədərəy”i - CƏRİMƏLƏDİ
Daha sonra “Lexus”-un sürücüsü Sultan Dadşov avtomobildən düşərək digər sürücüyə qarşı təhqiredici ifadələr işlədib, fiziki güc nümayiş etdirib.
Daxili İşlər Nazirliyi yayılan görüntülərlə bağlı araşdırmaya başlayıb.