Banner

Hüquq

Bakıda eyni mənzili bir neçə nəfərə satan şirkətin - MƏHKƏMƏSİ BAŞLAYIR

Bakıda eyni mənzili bir neçə nəfərə satan şirkətin - MƏHKƏMƏSİ BAŞLAYIR | FED.az
10:00 23 Aprel 2019

Dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

FED.az xəbər verir ki, materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin olunmayıb.

Cinayət işində 33 zərərçəkmiş var.

"Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirli bilinir.

İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

Eləcə də bax: Ölümə görə tikinti şirkəti barəsində cinayət işi başladı

Digər xəbərlər

Banner