Bakı şəhəri, Nərimanov rayonunda fəhlənin ölümü hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
FED.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Qeyd edilib ki, hazırda günahkar şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün zəruri istintaq tədbirləri həyata keçirilir.
Eləcə də bax: Bakıda zavodda üzərinə dəmir boru düşən fəhlə ölüb