“Bank Melli İran”ın Bakı filialı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
Eləcə də bax: "Pasa bank" bu şəxsi məhkəməyə verib - 50 MİN MANATLİQ PROBLEM
FED.az “Report”a istinadən xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank vurulmuş maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.
Üçüncü şəxs qismində Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamenti göstərilib.
Məhkəmə iddianı qismən təmin edib.
Qərardan narazı qalan Bakı Şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.