“Paşa Bank” ASC-yə qarşı külli miqdarda dələduzluqda ittiham olunan Məmmədov Akif İlman oğlunun barəsində olan cinayət işinin istintaqı başa çatıb.
Eləcə də bax: Məhkəmə "Real" MTK-nın icraçı direktoru barədə - QƏRAR VERDİ
FED.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.
Qeyd edək ki, A. Məmmədov “Paşa Bank” ASC-yə qarşı külli miqdarda dələduzluq edib. İş üzrə zərər 50 min manatdan çoxdur.
A. Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Apa