Bakıda metro sərnişin daşımasını həyata keçirən “Bakı Metropoliteni” QSC barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib.
Eləcə də bax: “BP Azərbaycan” - Cərimələnir
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 23 iyul 2021-ci il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.