“BP Azərbaycan” cərimələnir. Dövlət Gömrük Komitəsi “BP Eksploreyşn (Caspian Sea) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində cərimə protokolu tərtib edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərib.
Eləcə də bax: “Hyundai”ın Azərbaycandakı rəsmi distribütoru - “Auto Azerbaijan” Cərimələnir
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkət barəsində 13 iyul 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilib.
İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, “BP Azərbaycan” Azərbaycanda əsas hüquqi şəxs “BP Eksploreyşn (Kaspian Si) Limited (“BP Exploration”(Caspian Sea) Limited”) şirkətidir. Şirkət 1995-ci ildən nümayəndəlik açıb.