“Sınıq Körpü” gömrük-keçid məntəqəsində Azərbaycandan Gürcüstana külli miqdarda valyuta keçirməyə cəhd edən Gürcüstan vətəndaşı saxlanılıb.
Eləcə də bax6 Ölkədən gizli xarici valyuta çıxarılması - Aşkar Edilib
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycandan Gürcüstana daxil olarkən 1988-ci il təvəllüdlü Gürcüstan vətəndaşının idarə etdiyi yük maşınına baxış keçirilərkən gömrük bəyannaməsində elan edilməmiş külli miqdarda xarici valyuta aşkarlanıb.
Qeyd olunub ki, saxlanılan şəxs həmin vəsaiti qaçaq yolla Gürcüstan ərazisinə keçirməyə cəhd göstərib. (Apa)