Azərbaycanda tikintisi başa çatmamış binalarda hüquqların rəsmiləşdirilməsində mövcud problemlər ətrafında müzakirələr aparılıb.
Sənədsiz evləri hansı tale gözləyir? - Çıxarış verilməsi ilə bağlı - YENİLİK
FED.az bu barədə Ədliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, mülki hüquq münasibətlərinin tənzimlənməsində xüsusi yer tutan əmlak hüquqlarının müasir dövrün çağırışlarına uyğun təmin edilməsi üçün səmərəli mexanizmlərin yaradılması məqsədilə qurumun təşəbbüsü ilə “Daşınmaz əmlak dövriyyəsinin stabilliyi” mövzusunda elmi-praktiki seminar keçirilib.
Beynəlxalq ekspert, Almaniyanın Halle-Vittenberq Universitetinin professoru Azər Əliyevin iştirakı ilə keçirilən seminarda Ədliyyə və İqtisadiyyat nazirlikləri, Ali Məhkəmə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Hüquqi Eskpertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası və Azərbaycan Notariat Palatasının nümayəndələri iştirak edib.
Seminarda daşınmaz əmlak sektorunun inkişaf etdirilməsi, bu sahədə risklərin qiymətləndirilməsi istiqamətində müzakirələr aparılıb. Həmçinin, bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi imkanları nəzərdən keçirilib.