“Milli Məclisin payız sessiyasında “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsini hazırlamağı düşünürük”.
Eləcə də bax: İşsizlikdən sığorta alanların sayı - KƏSKİN ARTACAQ - YENİ QANUN
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, xeyriyyəçilik fəaliyyəti çox vacib bir sahədir:
“Xüsusilə də Heydər Əliyev Fondunun bu sahədə kifayət qədər təcrübəsi var. Biz bunun qanunvericilik əsaslarını da yarada bilərik”.
M.Quliyev bildirib ki, yeni qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradılacaq: “Həmin işçi qrup tərəfindən dünya təcrübəsi öyrəniləcək. Qanun layihəsində xeyriyyəçiliyin təbliğ olunması, stimullaşdırılması, xeyriyyəçilik fəaliyyəti göstərən özəl qurumlara müəyyən vergi güzəştlərinin, imtiyazlarının verilməsi kimi məsələlər nəzərdə tutula bilər”.
Komitə sədri qeyd edib ki, sessiya çərçivəsində həmçinin “Turizm haqqında” qanun layihəsinin üzərində də işlər aparılacaq.