2020-ci ildə Azərbaycanda notariuslarda aparılan əməliyyatların sayında və bu əməliyyatlardan əldə edilən ödənişlərin həcmində ciddi azalma baş verib.
Eləcə də bax: Azərbaycanda məhkəmə qərarlarının icrası – KƏSKİN AZALIB
FED.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindəki toplantıda bildirilib.
Məlum olub ki, 2020-ci ildə ölkənin notariuslarında ümumilikdə cəmi 3,9 milyon notariat hərəkəti rəsmiləşdirilib, bu əvvəlki illə müqayisədə 1,4 milyon və ya 26% azdır.
Ötən il evlənib boşananların sayında da artım baş verib. Belə ki, 2020-ci ildə 290 min vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb. Əvvəlki il isə bunların sayı 327 min olmuşdu.
Notariusdakı əməliyyyatlardan 7 milyon manat toplanıb, 2019-cu ildə isə bu rəqəm 10 milyon idi.
2020-ci ildə Azərbaycanda notariuslarda daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə 36 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb. Bu 2019-cu illə müqayisədə 17 milyon manat və ya 32% azdır.
Azalmaların səbəbi koronavirus pandemiyası və onun qarşısının alınması üçün tətbiq edilən məhddulaşdırma tədbirləridir.