2020-ci ildə Azərbaycanda icra sənədlərinin icrasındja kəskin azalma baş verib.
Eləcə də bax: Azərbaycanda karantinə görə əksər məhkəmə prosesləri - Təxirə Salındı
FED.az xəbər verir ki, bu barədə məlumatlar Ədliyyə Nazirliyində keçirilən video toplantıda açıqlanıb.
Toplantıda bildirilib ki, 2020-ci ildə icra qurumları tərəfyindən 409 min icra sənədinin icrası təmin edilib.
Bu əvvəlki illə müqayisədə təqribən 16% azdır. Azalmanın səbəbi koronavirus pandemiyası və onun qarşısının alınması üçün tətbiq edilən məhdudlaşdırma tədbirləridir.