2024-cü ildə Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşlar tərəfindən 10300 müraciət (ərizə və şikayət) edilib.
FED.az xəbər verir ki, həmin müraciətlərin 4400-ü yazılı ərizə və şikayət, 5900-ü “161-qaynar xətt” əlaqə mərkəzinə edilən zəng olub.
Bu barədə hüquq-mühafizə orqanlarının məlumatında bildirilib.
Yazılı ərizə və şikayətlərdən 52-si üzrə, “161-qaynar xətt”inə daxil olan müraciətlərdən isə 82-si üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb.