Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) bildirir ki, "Kristall Plus" MMC şirkəti barəsində iş qaldırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət “Irish Distillers İnternational Limited” şirkətinə məxsus “JAMESON” əmtəə nişanından “Kristall Plus” QSC tərəfindən qanunsuz istifadə edilməsindən gedir.
Bununla bağlı “BM Morrison Partners” şirkətinin partnyoru Leyla Səfərovanın təşəbbüsü ilə “Kristall Plus” QSC-yə qarşı iş qaldırılıb.
Məlum olur ki, həmin əmtəə nişanından qanunsuz istifadə olunmaqla haqsız rəqabətə yol vermə əlamətləri var.
Buna görə də AİBNDX “Kristall Plyus” MMC-yə qarşı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri ilə bağlı iş qaldırıb.
Məsələyə, 11 iyul 2023-cü il tarixində, saat 11:00-da AİBNDX-də baxılacaq.