Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) bildirir ki, Azərbaycandakı “Prokter & Gembl Azərbaycan Servisləri” MMC şirkəti məhsulunu reklam edərkən haqsız rəqabətə yol verib.
Azərbaycanda “FAİRY” yuyucu vasitəsinin qablaşdırma forması üstündə - MÜBAHİSƏ YARANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, söhbət “Fairy” qabyuyan mayenin reklamından gedir.
Məlum olur ki, şirkət qabyuyan mayesinə aid “özünü yoranlar ailəsi – işini bilənlər ailəsi” məzmunlu reklamların yayımlanması zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız və qeyri-dəqiq reklam üsullarından istifadə olunmaqla haqsız rəqabətə yol vermə əlamətləri var.
Buna görə də AİBNDX “P& G Azərbaycan Servisləri” MMC-yə qarşı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlaməti ilə iş qaldırıb.
Məsələyə, 25 iyul 2023-cü il tarixində AİBNDX-də baxılacaq.