İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “The Procter & Gamble Company” şirkətinin nümayəndəsi İlqar Ələkbərovun ərizəsi əsasında “İstanbul Temizlik ve Kozmetik” MMC haqqında iş qaldırıb.
«Az Estetik Group» başqa şirkətin əmtəə nişanından istifadə etməkdə günahlandırılır - İŞ QALDIRILDI
FED.az xəbər verir ki, qanun pozuntusu “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrədir.
İlqar Ələkbərov iddia edir ki, “İstanbul Temizlik ve Kozmetik” MMC şirkəti “The Procter & Gamble Company” şirkətinə məxsus “FAİRY” adlı yuyucu vasitəsinin qablaşdırma formasından qanunsuz istifadə edir.
Dövlət Xidməti tərəfindən, “The Procter & Gamble Company” şirkətinin etibarnamə əsasında nümayəndəsi İlqar Ələkbərovun “The Procter & Gamble Company” şirkətinə məxsus “FAİRY” adlı yuyucu vasitəsinin qablaşdırma formasından “İstanbul Temizlik ve Kozmetik” MMC tərəfindən qanunsuz istifadə edilməsi barədə araşdırma aparılır.
İşə 18.04.2023-cü il tarixində baxılacaq.