Azərbaycanda əmlak hüquqları ilə bağlı mübahisələr məhkəmə qaydasında da tam həll edilməmiş qalır.
FED.az xəbər verir ki, Azərbaycanın birinci instansiya məhkəmələrində 2015-ci ildə əmlak mübahisələri ilə bağlı 3909 işə baxılıb. Onlardan 2239-u barədə qətnamə çıxarılıb, 1835 iddia təmin edilib. Mahiyyəti üzrə baxılmadan isə 1670 qərar çıxarılıb.
2016-cı ildə isə 3159 işə baxılıb, 1690-ı barədə qətnamə çıxarılıb. 1311 iddia təmin edilib. 1469 iş barəsində isə mahiyyəti üzrə baxılmadan qərar çıxarılıb.
2017-ci ildə 3663 işə baxılıb, 1939-u barədə qətnamə çıxarılıb, 1497 iddia təmin edilib. 1724 işə dair isə mahiyyəti üzrə baxılmadan qərar çıxarılıb.
Ötən il isə 4078 işə baxılıb, 2118-i haqqında qətnamə çıxarılıb, 1622 iddia təmin edilib. Mahiyyəti üzrə baxılmadan çıxarılan qərarların sayı isə 1960-dır.
Eləcə də bax: 40 sotdan 30 min dollar qazanc - ABŞ-DA YENİ BİZNES